Mətbuat nümayəndələri Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatını izləyiblər.
APA-nın əməkdaşının məlumatına görə, media nümayəndələri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nəzarəti altında Füzuli rayonun Alxanlı kəndində prosesi müşahidə ediblər.
ANAMA əməkdaşları Alxanlı kəndi ərazində Azərbaycan və Ermənistan qoşunlarının keçmiş təmas xəttinin neytral ərazisində minatəmizləmə əməliyyatı həyata keçirir.
Əməliyyatda texnika və xüsusi təlim görmüş itlərdən də istifadə olunur.
Jurnalistlər ərazinin mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatını izləyiblər.