“Jurnalist Evi”nin balansında olan mənzillərin özəlləşdirilməsi barədə YENİ AÇIQLAMA
21 may 2021 19:57 (UTC +04:00)

“Jurnalist Evi”nin balansında olan mənzillərin özəlləşdirilməsi barədə YENİ AÇIQLAMA

"Son dövrlər “Jurnalist Evi” MMC-nin balansında olan mənzillərin özəlləşdirilməsi ilə bağlı mediada müxtəlif mülahizələr irəli sürülməkdədir. Bu məsələ ilə bağlı bildirmək istərdik ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə daxil olmuş müraciətlərlə əlaqədar aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılıb".

Bu barədə Lent.az-a Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Bildirlib ki, müzakirələrin nəticələrinə əsasən müəyyən edilib ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həmin mənzillərə dair dövlət reyestrindən çıxarış almaq üçün müvafiq dövlət rüsumu ödənilməli və tələb olunan sənədlərlə birlikdə aidiyyəti orqana müraciət edilməlidir. Bu prosedurla bağlı qanunvericilikdə hər hansı istisna nəzərdə tutulmayıb.
Əlavə olaraq qeyd edilib ki, “Jurnalist Evi” MMC-nin sakinlərinin böyük əksəriyyəti qanunvericiliklə təsbit olunmuş proseduru yerinə yetirməklə heç bir problem yaşamadan mənzillərinə çıxarış alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2508
avatar

Oxşar yazılar