“İt ölümü” üzərində siyasi kampaniya quran Qərb MƏRKƏZLƏRİ
22 may 2022 17:26 (UTC +04:00)

“İt ölümü” üzərində siyasi kampaniya quran Qərb MƏRKƏZLƏRİ

NED və “Soros şəbəkəsi”  Bakıda yaxın günlərdə keçiriləcək beynəlxalq tədbirləri gözdən salmaq üçün  aktiv iş aparırlar .

Sosial şəbəkələrin  Azərbaycan seqmentində  sahibsiz itlərin öldürüldüyünü ehtiva edən  materiallar paylaşılır. Son günlər intensivləşən bu paylaşımların xüsusi bir kampaniya xarakteri daşıdığı diqqət çəkir. Əslində, bənzər kampaniyalar əvvəllər də olub. Amma indiki kampaniyanı əvvəlkilərdən  fərqləndirən  nüanslar ortaya çıxır: Məsələn, öncəki illərdə vurğu daha çox Bakı və Sumqayıt şəhərlərinin üzərində qoyulurdusa, bu dəfə siyahıya Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb bölgələri də əlavə edilib. Hədəfə gətirilən şəhərlərdin biri Gəncədir.

Gəncə Şəhər İcra Hakimiyyəti media qurumlarına verdiyi açıqlamalarda “itlərin öldürülməsi üçün rəsmi qərar verilməsi” barədə deyilənləri təkzib edib. Buna rəğmən, sosial şəbəkələrdə kampaniya davam etdirilib.  Zaqatala şəhərindən eyni məzmunlu  mənzərələr göstərməklə, kampaniyanın gücləndirilməsinə təşəbbüs göstərilib.

Mövzunu  heyvansevərlərin sıradan bir aksiyası kimi dəyərləndirib üzərindən keçmək də olardı . Amma, hər zaman Qərbdən yönləndirilən  anti-Azərbaycan kampaniyaların ruporu rolunu icra etmiş KİV qurumlarının bu kampaniyada da aktiv görünmələri  şübhə yaradır.

( https://www.turan.az/cache/2022/Social/free/news-2022-2-free-Social-az-1412.htm) 

Bu şübhəni artıran daha bir məqam var. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin açıqlamasında “məsələnin araşdırılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edildiyi” vurğulanır (https://qafqazinfo.az/news/detail/itlerin-kutlevi-sekilde-oldurulmesi-ile-bagli-resmi-aciqlama-video-352134  ). Ehtimal etmək olar ki, heyvanlara xəsarət yetirilməsi  xüsusi bir təxribat əməlinin nəticəsi  olub və məsələ bu kontekstdə də  araşdırılmalıdır. Yəni, “Azərbaycanda küçə itləri öldürülür” kampaniyasını təsirləndirmək, bu yöndə “sübutlar” toplamaq üçün  itlər bu kampaniyanı təşkil edənlərin özləri tərəfindən də öldürülə bilər. Məsələn, bir sosial şəbəkə fəalı və “heyvan müdafiəçisinin” (sosial şəbəkə istifadəçisinin adı məlumdur) çəkdiyi videolar bu qənaəti gücləndirir. Həmin videodan görünür ki, həm Gəncə, həm də Zaqataladan çəkildiyi  iddia edilən təsvirlərdə itlər eyni üsulla-zəhərlənərək öldürülüblər, eyni sıra ilə düzülüblər və sair. Bu və digər bənzərliklər “it qətliamının eyni şəxs tərəfindən və eyni məqsədlə törədildiyi” ehtimalını artırır. Bu versiya üzərində dayanmaq üçün kifayət ədər arqumentlər var.  

Geopolitik oyunlarda alət edilən “küçə itləri”

Qərbdən gələn sifarişlərin  icraçısı  kimi tanınan  KİV qurumları sosial şəbəkələrdə aparılan “it ölümü”  kampaniyasına  ciddi dəstək verirlər, sinxron hərəkətlilik nümayiş etdirirlər. Eynən,  2012 və 2015-ci illərdə olduğu kimi davranır, ölkə gündəmi üçün qeyri-adi görünən mövzuları qabardırlar.  Tarixi təcrübə göstərir ki, belə davranışlar təsadüfi xarakter daşımır.

Məsələn, 2015 ci ildə sosial medianın Azərbaycan seqmentində “Bakıda Məişət Tullantıları zavodunda küçə itlərinin yandırıldığını” göstərən  bir video paylaşıldı. Ümumdünya Heyvanları Müdafiə Təşkilatının “operativ bəyanatı” təşkil edildi. Bəyanatda Azərbaycanı “bu qəddarlığa son qoymağa” çağırdılar. Heyvanların qorunması üzrə müvafiq  Avropa Konvensiyasını imzalamış bir ölkə kimi, Azərbaycana xatırladıldı ki, “küçə heyvanlarına qarşı hüquq prinsipləri əsasında davransın”. 

Bakıda müvafiq qurumların təkzibedici açıqlamalar verməsinə,  göstərilən videolarda  şübhəli məqamların olduğunu isbat edən  mütəxəssis rəylərinin səsləndirilməsinə baxmayaraq,  sakitlik yaranmadı. Kampaniya təşkilatçıları indi olduğu kimi, 2015-ci ildə də təbliğatı dərinləşdirdilər, “küçə itlərinin yandırılması” ilə bağlı “çoxsaylı reportajlar” hazırladılar və yaydılar. Sonda bəlli oldu ki, hədəf  “küçə itlərini öldürənlər” deyil, hədəf  “Bakı 2015 - Avropa Oyunları”dır. Bakı oyunlarını gözdən salmaq üçün sifariş gəlibmiş, “küçə itləri” də bi sifarişi icra etmək üçün bəhanə alət yerində lazım imiş. Ortadakı əlaqə aydın görünürdü.  Belə ki, “öldürülmüş itlərə qəm tutan”  kampaniya iştirakçıları birdən –birə kursu dəyişdilər, “tezislərində, şüarlarında” yeniliklər etdilər, Avropa Oyunlarını boykot etmək çağırışları səsləndirdilər: “Minlərlə məsum heyvanın qanını axıdaraq bu tədbirə hazırlıq görürlər, Bakıya gəlməyin” deməklə, prosesin haradan qaynaqlandığına aid ipucu verdilər. 

Həmin dövrdə bəzi transmilli KİV qurumlarının  aktivliyi, kampaniyaya verdikləri dəstək isə mənzərəni tam şəkildə aydınlaşdırdı. Azərbaycandan  heyvanların hüquqlarının müdafiəçisi kimi  təqdim edilən bir şəxslə aparılan müsahibə bu tezislə bitirdi:  “Mən idmançı olsaydım, günahsız itlərin, pişiklərin qanıyla boyanmış küçələrdə keçirilən  Olimpiadaya gəlməkdən imtina edərdim” 

https://www.bbc.com/azeri/azerbaijan/2015/03/150306_street_dogs_baku 

Mesaj çox aydın idi:  “Bakı 2015-Avropa Oyunları”nın iştirakçılarına xitab edib, “Olimpiadanı boykot edin, Bakıya gəlməyin” deyirdilər. Bu çağırış  Bakı oyunlarını pozmaq istəyən, idman yarışından siyasi dividentlər götürmək iddiasında olan beynəlxalq güc mərkəzlərinin  hərəkətləri ilə həmahəng idi. 

Əslində, “Bakı 2015- Avropa  Oyunları”na  sayılı günlər qalmış keçirilən bu kampaniyanın ilk məşqi  2012 ci ildə aparılmışdı. “Avroviziya” Mahnı Müsabiqəsinin Bakıda keçirildiyi ərəfədə güya küçələrin  heyvanlardan təmizlənməsi işinin  vüsət alması haqqında məlumatlar paylaşılmışdı.

https://www.independent.co.uk/news/world/video-reveals-appalling-dog-cull-as-azerbaijan-clears-streets-ahead-of-european-games-10090330.html

2012-ci ildə də turistlərə, müsabiqə təşkilatçılarına müraciət edərək, “Bakıya gəlməyin” deyilmişdi. 

Təcrübə göstərir ki, “küçə itləri” üzərində indi,  2022-ci ildə başladılan yeni kampaniya da təsadüfi xarakter daşımır. Burada da gepolitik oyunların, siyasi maraqların simptomları görünür.  "Transxəzər", "Bir kəmər, bir yol" kimi beynəlxalq nəqliyyat dəhlizlərinin  realaşdırılması üzrə proqramlara baxsaq  görərik ki, bu proqramlarda  bütövlükdə Azərbaycan, eyni zamanda, xüsusilə iki şəhər-  Gəncə və  Zaqatala –mühüm rola malikdirlər. Bu məqama söykənib demək olar ki, 2012, 2015-ci illərdə sınaqdan çıxarılmış “küçə itləri kampaniyasın”ın  2022-ci ildə Bakı ilə yanaşı Gəncə və Zaqatalanı da əhatə etməsinin önəmli səbəbləri vardır. Qeyd edilən layihələri pozmaq,  Azərbaycanı bu layihələrdən çəkindirmək istəyən güclər  “it ölümü” aksiyasından təzyiq vasitəsi kimi faydalanırlar.  

Nə üçün məhz “küçə itləri”? 

Modern  trendlərə, qlobal çağırışlara diqqət yetirsək görərik ki, heyvanların rifahı, heyvan hüquqları, vəhşi təbiətin mühafizəsi, biomüxtəlifliyin qorunması, bioresurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi kimi amillər  davamlı inkişafın əsas şərtlərindən biri kimi qəbul edilir. 

Rəsmi qanunlar, konvensiyalar müstəvisində əks edilməklə yanaşı, ekoloji məsələlər, bioloji müxtəlifliyin qorunması mövzusu  bəzən  dini-ideoloji müstəviyə də  qaldırılır. Məsələn, 1981-ci ildə İtaliyada  ictimai fəal  Milly Manzoli təşkilat təsis edir. OİPA adlanan bu təşkilat təsis olunduğu ilk zamanlarda kilsədən  insan haqları ilə yanaşı, heyvan haqlarının da müdafiəçisi olmasını tələb edirdi.  Məhkəmə çəkişmələrində keçən 20 ildən sonra Manzoli və onun təşkilatı əlahiddə hüquq əldə etdi: bu hüquqa əsasən, o,  intibah dövrünün məşhur  əsərlərindən birini heyvan haqqlarının müdafiəsi naminə montaj edə bilərdi. Bu qərardan istifadə edən OİPA 2008 ci ildə Leonardo da Vinçinin “İsa Məsihin Sonuncu Şam Yeməyi” Freskasını seçir. Şam yeməyi zamanı İsa Məsih 12 apostollundan birinin ona xəyanət edəcəyini  bildirmişdi. OİPA-nın sifarişinə əssən, İtaliyanın REMEMBER + MILAN agentliyi Leonardo Da Vinçinin “Son Şam yeməyi” freskasını yenidən çəkir  və orada itlərin təsvirini verir. Montaj edilmiş tabloda apostollar, hətta, İsa Məsihin özü də  it başında təsvir edilirlər (Şəkil-1-aşağıda). Təkcə xəyanətkar İuda öz təsvirində qalırdı.  Tablo üzərində aparılan  əməliyyatın ideyası  bu idi ki, İsa Məsihə və apostollara xəyanət edən şəxs-İuda- bu gün itləri hədəf seçən, onları öldürən  şəxslə eynidir...  

Bu cür ideyaları, fəaliyyət  və kampaniyaları ilə məşhurlaşan OİPA 2010 cu ildən sonra Avropa Kommisiyasının “Avropa maraqlarının təmsilçiləri riyestri”ndə yer tutdu, beynəlxalq təşkilatlarda öz mövqelərini möhkəmləndirdi. Yəni, Qərb məkanında “küçə itləri” və sahibsiz heyvanlara qarşı münasibət bu fondadır. 

Azərbaycan biomüxtəlifliyin qorunmasını, bioresurslardan səmərəli istifadəni ehtiva edən sənədləri imzalayıb, bu yöndə  konvensiyaların icra edilməsində aktiv rol oynayır. 2003-cü ildə heyvanların müdafiəsi ilə bağlı Avropa Konvensiyasına qoşulan ölkəmiz,  2007-ci ildə konvensiyanı ratifikasiya edib.  2011-ci ildə “Heyvanların saxlanılması qaydaları haqqında” qanunu  qəbul edib. Paralel olaraq, Azərbaycan  YUNESKO-nun  “Heyvan Hüquqlarının Ümumdünya Bəyannaməsi”nə qoşulub. Konvensiya sahibsiz,  vəhşi heyvanların quruda, havada və suda, bir sözlə,  təbii mühitdə yaşamaq və çoxalmaq hüquqlarını  tanıyır. “Heyvanlar Aləmi haqqında” Azərbaycan Respublikasının qanununun 53-cü maddəsinə əsasən, heyvanlarla rəhmsiz davranaraq onları şikəst və yaxud tələf etmək hüquqi məsuliyyət yaradır.  Əlavə olaraq, Azərbaycanlı düşüncəsində heyvanın xüsusi zərurət olmadan öldürülməsi günah sayılır. Yəni, canlı varlıq olan bu aləmə  qayğı göstərilməsinin dini-mental əsasları var. Bir sözlə, bütün mədəni ölkələrdə olduğu kimi, Azərbaycanda da   heyvanların, vəhşi təbiətin,  biomüxtəlifliyin qorunması, bioresurslardan səmərəli istifadə edilməsi üzrə xüsusi qərarlar, proqramlar icra edilir. 

Amma, “ekologiyanın müdafiəsi” kimi humanist bir anlayış  da   son illərdə siyasi qarşıdurmaların, geopolitik oyunların mühüm  alətinə  çevrilib, ayrı-ayrı ölkələrə qarşı təzyiq mexanizmi kimi istifadə olunur. Siyasi işbazlar, qlobal maxinatorlar, güc mərkəzləri  beynəlxalq ictimaiyyətin həssaslıqla yanaşdığı bu mövzunu  istismar edir, öz maraqları üçün xərcləyirlər.   

Azərbaycanda “sahibsiz itlərin öldürülmsi” ilə bağlı kampaniyaların intervalına baxsaq, görərik ki, onlar sistemli şəkildə deyil, xüsusi hallarda keçirilirlər. Ölkəmiz üçün ən həssas məqamlarda ortaya çıxırlar. Yuxarıda 2012 və  2015-ci illərdə keçirilmiş aksiyalardan nümunələr verdik. Prosesi izləyəndə aydın olur ki,  “Bakı 2015- Avropa  Oyunları”ndan sonra yoxa  çıxan bu aksiyalar bir də iki ildən sonra bərpa edilib. Niyə 2016-da deyil, məhz 2017-də bərpa edilib? Çünki, 2017 ci ildən başlayaraq  Bakıda “Formula-1”  yarışlarının keçirilməsinə başlanılıb və  ölkəmizə gələn turistlərin sayı sürətlə artıb. Aydın şəkildə görünür ki, “itlərin öldürülməsi” ilə bağlı kampaniyalar da məhz yarışların başladığı günlərə təsadüf edir. “Formula-1”  yarışlarını izləmək üçün Bakıya gəlmək istəyən turistlərə təsir göstərmək, onlarda və  həmçinin, ümumilikdə beynəlxalq  ictimai rəydə Azərbaycanın neqativ obrazını yaratmaq məqsədi daşıyır.

https://globalvoices.org/2019/04/26/cultural-heritage-and-stray-dogs-under-siege-in-bakus-formula-1-rerun/ ,
https://www.essentiallysports.com/baku-comes-under-fire-for-inhuman-activities-ahead-of-f1-gp/ 
https://www.eurogroupforanimals.org/news/help-stop-killing-stray-dogs-azerbaijan ). 

2022 ci ilin “Formula-1”  yarışmaları ərəfəsində də eyni hal müşahidə edilir. Bir məsələ var ki, 2022-ci ildə Bakı təkcə “Formula-1”  yarışlarına deyil, həm də, digər 2 çox mühüm qlobal tədbirə ev sahibliyi edəcək. Sırada həm də "Texnofest-2022" festivalı,  “ Bakı Qlobal Forumu”  kimi möhtəşəm tədbirlər var. Bu baxımdan əks-kampaniya müəllifləri də daha ciddi şəkildə hazırlaşıblar, bütün resurslarını  hərəkətə gətiriblər, daha böyük kampaniyalar planlayıblar. 

Kampaniyaların açılışını “Soros şəbəkəsi” edib,  NED şəbəkəsi davam etdirir. “Soros şəbəkəsi” -nə daxil olan OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) bu ilin əvvəlindən etibarən  Azərbaycan əleyhinə yeni qlobal qarayaxma kampaniyasına start verib. “BP Turned a ‘Blind Eye’ to Corruption in Prize Azerbaijan Gas Project” başlıqlı məqalə dərc edib.

Məqalədə Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsini icra edən  Azərbaycan şirkətlərinin fəaliyyətindən  bəhs olunur. Məqalədə diqqət çəkən ilginc  məqamlardan biri də budur  ki, Cənub Qaz Dəhlizi  layihəsi şərçivəsində gerçəkləşdirilən  “Şahdəniz-2” proqramının podratçı şirkəti  “Azərbaycanda sahibsiz itlərin öldürülməsində” günahlandırılır. 

İddia edilir ki, Britaniyanın Azərbaycandakı neft şirkəti sahibsiz itlərin öldürülməsi üçün podratçı şirkətə pul ödəyib. Burada  “BP Azərbaycan”nın  “Bos Shelf” şirkətinin adı keçir. 

Guya ki, “ BP Azərbaycan”   “Bos Shelf”  ilə müqavilə imzalayaraq,  sahibsiz itlərin hər birinin öldürülməsi üçün ödəniş edib. 

Kampaniya uğurlu alınsın deyə, “Soros  şəbəkəsi” OCCRP ilə yanaşı, prosesə digər təşkilatları da cəlb edib.  Məsələn yuxarıda   OİPA-nın adını çəkib, barəsində məlumat vermişdik. O da indi qlobal oyunçuların əlində bir alətə çevrilib. OİPA BMT-nin  İqtisadi və Sosial Şurası ECOSOC və BMT Ətraf Mühit Assambleyasında  akkreditasiya olunandan, beynəlxalq status əldə edəndən  sonra siyasi qruplarla əməkdaşlıq edir.  OİPA 2019 cu ildən başlayaraq “Formula-1”  öncəsi heyvanların haqqları uğrunda mübarizə adı altında  Azərbaycan əleyhinə qara təbliğatın ruporuna çevrilir

https://www.oipa.org/international/stray-dogs-in-azerbaijan-have-no-right-to-life/
https://www.oipa.org/international/azerbaijan-toplan-dogs-killing-centre/

İlginc məqamlardan biri də budur ki, OİPA  başqa  ölkələrdə  heyvan haqqlarını müdafiə etdiyi halda,  Azərbaycandakı təmsilçiliyi insan haqqlarını da mövzuya qatır.

https://www.facebook.com/OIPAAzerbaijan/  https://www.oipa.org/international/azerbaijan-animal-human-rights-trampled/  

Turistlərə xəbərdarlıq edir ki, onların  heyvanları aeraportda öldürülə bilərlər.

https://www.oipa.org/international/two-stray-dogs-killed-baku-airport/ 

Son kampaniyalarda diqqət çəkən məqamlardan biri də NED (National Endowment for Democracy)   şəbəkəsinin aktiv iştirakıdır. Qondarma “hüquq-müdafiəçi”lərinin fəallaşmaları həm də NED-in Azərbaycanla bağlı elan etdiyi yeni qrant layihələri ilə eyni vaxta təsadüf edir. Bu layihələr əsasında ölkədə xaricdən idarə olunacaq yeni şəbəkə qurmaq istiqamətində ciddi iş gedir. NED-in Azərbaycan üçün 2022 ci il üzrə ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970, 235  dollar təşkil edir. Bu məbləğin 398,837 min dolları  Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib. Fond  2022-ci ildə Azərbaycana ayırdığı təsdiqlənmiş qrantlarda may ayında  “təcili qrantların maliyyələşdirilməsi” ilə bağlı bənd var. NED-in verdiyi elandan da bəlli olur ki, təcili qrantların ayrılması mayın 25-nə qədər olan dövrü əhatə edir. Nəzərə alsaq ki,  "Texnofest-2022" festivalı mayın 26-da başlayacaq və mayın 29-dək davam edəcək, onda NED şəbəkəsinin qərarının təsadüfdən ortaya çıxmadığını görə bilərik.  Həmin təcili qrant layihəsini icra edən şəbəkə Azərbaycanda həm insan, həm də heyvan  hüquqlarının kobud şəkildə pozulduğu görüntüsü yaratmağa cəhd göstərirlər. 

Bakıda "Texnofest-2022" festivalı,  “Formula-1” yarışıması, “ Bakı Qlobal Forumu” kimi möhtəşəm beynəlxalq tədbirlərin  start götürdüyü ərəfədə “heyvan və insan haqları fəallarının” fəallaşmaları, ən xırda insidentlərə görə bəyanatlar  vermələri təsadüfi deyil. Beynəlxalq tədbirlərin keçiriləcəyi günlərdə təşkil olunacaq kampaniyalar üçün fakt-əsaslar formalaşdırılır. /demokrat.az/

Yeganə Hacıyeva
Müşfiq Ələsgərli 

# 2205
avatar

Oxşar yazılar