İstirahət günlərində  milli parklarda   hava necə olacaq? - PROQNOZ
16 iyun 2023 15:52 (UTC +04:00)

İstirahət günlərində milli parklarda hava necə olacaq? - PROQNOZ

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,

Samur–Yalama milli parkı

İstirahət günlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 17-si gündüz, 18-də gün ərzində arabir yağıntılı olacağı şimşək çaxacağı gözlənilir.

Gecə və səhər duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19 °isti, gündüz 23-26° isti olacaq.

Altıağac milli parkı

Havanın arabir yağışlı keçəcəyi, 17-si axşam, 18-də gecə və səhər yağıntıda fasilə olacağı gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.

Ağgöl milli parkı

Əsasən yağmursuz. Lakin 18-də axşam arabir yağış yağacağı gözlənilir.
Gecə və səhər duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 30-32° isti olacaq.

Qızılağac milli parkı

Hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-31° isti olacaq.

Göygöl milli parkı

Havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq.

Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-23° isti olacaq.

Şirvan milli parkı

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 17-si gündüz, 18-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq.

Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-33° isti olacaq.

Hirkan milli parkı

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-31° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2010
avatar

Oxşar yazılar