İsti hava   neçə gün davam edəcək? - AÇIQLAMA
20 sentyabr 2022 16:00 (UTC +04:00)

İsti hava neçə gün davam edəcək? - AÇIQLAMA

“Bakıda və Abşeron yarmadasında hazırda müşahidə olunan bu cür hava şəraiti yaxın 2-3 gün ərzində də davam edəcək”. 

Bunu Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. O qeyd edib ki, şimal-şərq , şimal qərb küləkləri üstünlük təşkil edəcək:

“Temperatur gündüz saatlarında 27-32 dərəcə arasında dəyişəcək. Hava şəraiti dəyişkən buludlu. əsasən yağmursuz keçəcək. Bir daha qeyd edim ki, yaxın 2-3 gün ərzində hava şəraiti belə davam edəcək”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 35862
avatar

Aytəkin Cəlali

Oxşar yazılar