İsrailin Baş naziri Naftali Bennet
06 oktyabr 2021 05:10 (UTC +04:00)

İsrailin Baş naziri Naftali Bennet

İsrailin Baş naziri Rusiyaya gəlir - “Belə bir plan var”

“İsrailin Baş naziri Naftali Bennetin Rusiyaya səfəri oktyabrın 22-nə planlaşdırılıb”.

APA-nın məlumatına görə, bunu İsrailin Rusiyadakı səfiri Alexander Ben Zvi jurnalistlərə açıqlamsında bildirib. 

Səfir səfərlə bağlı məlumatın Rusiya tərəfinin bəyan etdiyini deyərək, belə bir planın olduğunu təsdiqləyib: “Belə bir plan var”.

Qeyd edək ki, N.Bennet iyunun 13-də İsrailin Baş naziri vəzifəsinə başlayıb. O, bu vəzifədə 2009-cu ildən İsrail Baş naziri olmuş Benyamin Netanyahunu əvəzləyib.

# 5001
avatar

Oxşar yazılar