İntihara cəhd edən gənc şairin SON DURUMU
05 mart 2025 17:26 (UTC +04:00)

İntihara cəhd edən gənc şairin SON DURUMU

Həsən Kürün vəziyyəti stabilləşib

Həsən Zeynallının (Kür) vəziyyəti stabilləşib, artıq süni tənəffüs apartından da ayırmışıq.

Lent.az xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu Leyla Mərcan məlumat verib.

Əməliyyata ehtiyac yoxdur, lakin səhhəti izlənilir

“Ötən həftə xəstə kompüter tomoqrafiyasından (KT) keçirilib. KT-nin nəticəsindən belə qərara gəldik ki, əməliyyata ehtiyac yoxdur. Lakin səhhətini sıx təqib etmək lazımdır. Xəstənin başından qan sovrulmayıb. Ona görə də hələ ki, travmatoloqun müdaxiləsi mümkün deyil. Müalicəsi davam etdirilir”, - həkim bildirib.

Hərəkət məhdudiyyəti yoxdur

Leyla Mərcan bildirib ki, Həsən Kürün heç bir hərəkəti məhdudlaşmayıb, əl-qol, ayaq refleksləri normaldır, nitqi də yerindədir.

Həsən Kürün sağlamlıq vəziyyəti

Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.

Fevralın 27-i Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan məlumat verib ki, o, komadadır, süni tənəffüs aparatına qoşulub. Son məlumata görə, süni tənəffüs aparatından ayrılıb, səhhəti stabilləşib. Hazırda Cərrahi profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Qeyd edək ki, şair Həsən Kür İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1924

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04