İlk dərs günündə BDU-da izdiham - RƏSMİ CAVAB  -VİDEO  -YENİLƏNİB
29 sentyabr 2021 10:46 (UTC +04:00)

İlk dərs günündə BDU-da izdiham - RƏSMİ CAVAB -VİDEO -YENİLƏNİB

Yazıya video əlavə olunub:

 

 

10:05

 

Bakı Dövlət Universitetinin (BDU) qarşısında çəkilən fotolar sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva bildirib ki, universitet tələbələrinin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub:

"Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi demək olar ki mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir".

# 6996
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar