İcbari tibbi sığorta xidməti göstərəcək özəl klinikalar -  SİYAHI
07 oktyabr 2021 13:09 (UTC +04:00)

İcbari tibbi sığorta xidməti göstərəcək özəl klinikalar - SİYAHI

Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı artırılıb.

Lent.az-ın məlumatına görə, əvvəl müqaviləli özəl tibb müəssisələrinin sayı 13 idisə, indi bu say 19-a çatdırılıb.

Müqaviləli tibb müəssisələrinin siyahısı:

1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs

2. Mərkəzi Klinik Xəstəxana

3. Caspian International Hospital

4. Respublika Diaqnostika Mərkəzi

5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi

6. Gəncə Beynəlxalq Xəstəxanası

7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

8. Mərkəzi Neftçilər Xəstəxanası

9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi

10. EGE Hospital

11. Sumqayıt Hospital

12. Avrasiya Hospital

13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi

14. Leyla Medical Center

15. Badam Medical Center

16. Lor Hospital

17. Məlhəm Beynəlxalq Hospital

18. “OKİ” Özəl Tibbi Müalicəxanası

19. “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital)

Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.

Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət edir, həmin tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində ona lazım olan tibbi xidmətin göstərilməsi mümkün olmadıqda müqaviləli tibb müəssisəsinə göndəriş verilir.

Vətəndaş TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsi tərəfindən ona verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir.

Vətəndaş göndəriş vərəqəsi olmadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

# 10686
avatar

Oxşar yazılar