Hər gün  işə gedib-gəlmək   faydalıdır – Ekspertlər
15 mart 2023 18:12 (UTC +04:00)

Hər gün işə gedib-gəlmək faydalıdır – Ekspertlər

Evdən işə və geriyə gündəlik gediş-gəliş işçilərə stresdən qurtulmağa, iş və ev vəzifələri arasında keçid etməyə kömək edir.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu fikri insan resurslarının idarə edilməsi sahəsində ekspertlər, professor Metyu Pişçek və Kristi Makalpayn bildiriblər.

Onların sözlərinə görə, ofisə gedən adi marşrut insanın iş tapşırıqlarından və ev işlərindən azad olduğu keçid məkanı yaradır. Belə bir sıfırlamanın olmaması sosial rollar arasındakı sərhədləri bulandırır və insanların işdən geri çəkilməyə vaxtı qalmır. Uzaqdan işləyən işçilərin tez-tez stresə və tükənməyə meylli olmasının səbəblərindən biri də budur.

Pişçek və Kristi Makalpayn evdən işləyən işçilərə iş günündən əvvəl və sonra 15 dəqiqəlik gəzinti etməyi məsləhət görür. İşə səyahət getməyə davam edənlərə yolda olarkən peşəkar vəzifələr haqqında daha az düşünmək və bunun əvəzinə musiqi, podkast dinləmək və ya dostları ilə söhbət etmək tövsiyə olunub.

Onlar əlavə ediblər ki, gediş-gəlişdən həm sərnişinlər, həm də avtomobil sürücüləri faydalanır. Lakin işə gedərkən və ya geri qayıdarkən yolda nəsə baş verdiyi, stress səviyyəsinin adi haldan daha yüksək olduğu günlərdə işçilər istirahət edə, iş tapşırıqlarından yayına bilmədiklərini bildiriblər.
 

# 1602
avatar

Oxşar yazılar

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

29 may 2023 , 14:50
Sabah 36 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

29 may 2023 , 12:14
2023-cü ildə iki bürc üçün  zənginlik və uğur   PROQNOZU

2023-cü ildə iki bürc üçün zənginlik və uğur PROQNOZU

29 may 2023 , 09:09
APA TV 10 YAŞINDA

APA TV 10 YAŞINDA

29 may 2023 , 09:00
Sabah hava belə olacaq

Sabah hava belə olacaq

28 may 2023 , 13:58
AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

28 may 2023 , 13:19
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

28 may 2023 , 09:45
Yağışlı havalar nə vaxtadək davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

27 may 2023 , 17:39