Helikopter qəzasında həlak olanlara şəhid statusu veriləcək
30 noyabr 2021 19:34 (UTC +04:00)

Helikopter qəzasında həlak olanlara şəhid statusu veriləcək

 

“Helikopter qəzasında həlak olanlara qanunvericiliyə əsasən şəhid statusu veriləcək”.

APA-nın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı bildirib.

DSX rəisi qeyd edib ki, təlim zamanı həlak olan hərbçilərə qanunvericiliyə uyğun olaraq, şəhid statusu verilir: "Qanunvericilik hərbi təlimlərdə həlak hərbi qulluqçulara avtomatik olaraq şəhid statusunun verməsini nəzərdə tutur".

# 1887
avatar

Oxşar yazılar