Həkimlərin sertifikasiya imtahanının  vaxtı dəyişdi
26 dekabr 2022 16:41 (UTC +04:00)

Həkimlərin sertifikasiya imtahanının vaxtı dəyişdi

Səhiyyə Nazirliyi 2023-cü il yanvarın 10-a qədər sertifikasiya imtahanından keçməli olan həkimlərə müraciət edib.

Nazirlikdən Lent.az-a bildirilib ki, Səhiyyə Nazirliyinin sertifikasiya imtahanında iştirak edən həkimlərin sənədlərinin qeydiyyatı prosesində texniki nasazlıq yaranıb.

Qeyd edilib ki, bununla əlaqədar imtahanların keçirilməsi müvəqqəti təxirə salınıb:

“Yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində hazırda müvafiq texniki heyət tərəfindən işlər aparılır. Sənədlərin qəbulu və imtahan prosesi yanvarın 10-dan sonra davam edəcək. Bu barədə sertifikasiya imtahanından keçməli olan həkimlərə əlavə məlumat veriləcək”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2988
avatar

Arzu Qurbanlı

Oxşar yazılar