"Mülayim hava şəraitindən sonra avqustun 3-ü gündüz Şimal və Qərb rayonlarından başlayaraq avqustun 5-i gündüzədək hava şəraiti dəyişəcək. Bəzi yerlərdə leysan xarakterli yağışlar yağacaq".
Bu sözləri Lent.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var:
"Qərb küləyi bəzi bölgələrdə arabir 23-28 metr saniyəyədək güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, sel keçəcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında da avqustu 3-ü gündüzdən 5-i gündüzədək Şimal və Qərb küləyi güclənəcək".