Hava  KƏSKİN   dəyişəcək:  Qar yağacaq,  güclü külək əsəcək
22 noyabr 2021 18:04 (UTC +04:00)

Hava KƏSKİN dəyişəcək: Qar yağacaq, güclü külək əsəcək

Havanın dəyişəcəyi haqqında xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, , Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.

Noyabrın 25-i şimal-qərb qərb rayonlarından başlayaraq 27-dək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 24-ü axşamdan 25-i gündüzədək qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. 

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək. 

# 6237
avatar

Oxşar yazılar