Hacıqabulda qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.
Bu barədə Lent.az-a AQTA-dan bildirilib.
Qeyd edilib ki, Oğuz rayonundan istirahətdən qayıdarkən Şirvan şəhər Təcili Tibbi Yardım Stansiyasına müraciət etmiş Bakı şəhər sakinlərinin qida zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlar təsdiqini tapmayıb.
Belə ki, xəstəxanaya 8 nəfər müraciət edib.
Daxil olan xəstələrə ilkin tibbi yardım göstərilib, qan analizləri götürülüb və analizlərin nəticəsinə əsasən qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb, həkim tərəfindən “Mədə bağırsaq pozuntusu” diaqnozu qoyulub və həmin şəxslərin vəziyyətləri qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar.
AQTA bir daha bildirib ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.