Güclü külək nə vaxta qədər davam edəcək? - AÇIQLAMA
05 may 2021 13:22 (UTC +04:00)

Güclü külək nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

"Mayın 5-i gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişikliyi müşahidə olunur".

Lent.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gürşad Məmmədova bildirib. O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gün ərzində davam edəcək:

"Küləyin maksimal sürəti arabir 30-35 metr/saniyəyə çatacaq. Axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir. 

Bölgələrdə də bu gün ərzində qeyri-sabit yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə isə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Mayın 6-sı səhər saatlarından başlayaraq yağıntının kəsəcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir".


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar