Gəmi kapitanı koronavirusdan öldü -FOTO
02 oktyabr 2021 13:00 (UTC +04:00)

Gəmi kapitanı koronavirusdan öldü -FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Qubadlı” təchizat-yedək gəmisinin kapitanı İlqar Zingirov koronovirus səbəbindən vəfat edib.

ASCO-dan Lent.az-a məlumata görə, İlqar Zingirov 1965-ci il 4 yanvarda Bakı şəhərində doğulub.

İlqar Zingirov

Bakı Dəniz Yolları Məktəbində gəmi sürücülüyü/texnik xtisası üzrə təhsil alıb, əmək fəaliyyətinə 1986-cı ildə Xəzər Dəniz Neft Donanmasının “Aura” gəmisində kapitanın II köməkçisi kimi başlayıb. 1993-cü ildən ömrünün sonunadək fasiləsiz olaraq Xəzər Dəniz Neft Donanmasına məxsus müxtəlif təyinatlı gəmilərdə kapitan kimi işləyib.

# 2661
avatar

Oxşar yazılar