FHN ticarət mərkəzindəki yanğınla bağlı MƏLUMAT YAYDI
16 oktyabr 2021 10:30 (UTC +04:00)

FHN ticarət mərkəzindəki yanğınla bağlı MƏLUMAT YAYDI

Məlumat verildiyi kimi, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən Lent.az-a verilən məlumata görə, saat 08:52-də daxil olan zəngdən cəmi 4 dəqiqə sonra - saat 08:56-da nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar. 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyektlərində yanğın baş verib.

Yanğının genişlənməsinin qarşısının alınaraq söndürülməsi və yaxınlıqdakı tikililərə keçməməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. 
Əlavə məlumat veriləcək.
 

# 1389
avatar

Oxşar yazılar