Bakıda obyektin tikintisində qanunsuzluq aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Xalıqov Elşad Əzim oğlunun müvafiq sənədlər olmadan qeyri-yaşayış obyekti tikməsini faktı aşkar edib.
Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.