Fevralda gözlənilən maqnit qasırğaları:  əlverişsiz günlərin   cədvəli
03 fevral 2024 09:09 (UTC +04:00)

Fevralda gözlənilən maqnit qasırğaları: əlverişsiz günlərin cədvəli

Fevral ayında yalnız üç dövr maqnit qasırğası gözlənilir. Bəziləri kifayət qədər uzun, digərləri qısa olacaq.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, fevralın ilk maqnit qasırğası 8-də başlayacaq və üç gün - fevralın 10-na qədər davam edəcək. Bu maqnit qasırğasının gücü 2 bal olacaq. Çox güman ki, adi insanlara təsir etməyəcək, lakin hava şəraitindən asılı olan vətəndaşların səhhətində bir qədər pisləşmə müşahidə oluna bilər.

İkinci maqnit qasırğası fevralın 16-da başlayacaq və ertəsi gün – fevralın 17-də başa çatacaq. Qasırğanın gücü 3 bal təşkil edəcək. Bu dövrdə hava şəraitindən asılı olan insanlarda ürəkbulanma, başgicəllənmə, baş ağrısı, qan təzyiqinin yüksəlməsi və ümumi vəziyyətin pisləşməsi kimi əlamətlər müşahidə oluna bilər.

Fevralda üçüncü maqnit qasırğası üç gün - fevralın 24-dən 26-dək davam edəcək. Bütün dövr ərzində onun gücü 3 bal olacaq.

# 23280
avatar

Oxşar yazılar