Etiraz edən müəllimlər tək-tək dinlənilir - Zaqataladan YENİ XƏBƏR
21 fevral 2023 11:35 (UTC +04:00)

Etiraz edən müəllimlər tək-tək dinlənilir - Zaqataladan YENİ XƏBƏR

Xəbər veridiyimiz kimi, ötən gün Zaqatala şəhər 3 nömrəli tam orta məktəbdə aksiya keçirilib.

Müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb ediblər. 

Lent.az-ın əldə etdiyi məlumata görə, bu gün aksiya səngiyib və məktəbdə dərslər qismən bərpa edilib. 

Hazırda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi məktəbdə etiraz edən müəllimləri tək-tək dinləyir. 

Araşdırmaların sonunda rəsmi açıqlamanın veriləcəyi bildirilir. 

Qeyd edək ki, Zaqatala rayon Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli  tam orta məktəbin direktoru Məhnurə İsmayılova 17 fevral 2023-cü il tarixində  Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib. 

Bununla bağlı olaraq 20 fevral 2023-cü il tarixdə Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə müəyyən narazılıqlar yaranıb.

# 11985
avatar

Oxşar yazılar