7 yaşlı uşaq binadan yıxılıb öldü
30 iyun 2025 14:15 (UTC +04:00)

7 yaşlı uşaq binadan yıxılıb öldü

Rusiyanın Krasnoyarsk şəhərində 7 yaşlı uşaq beşinci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə axşam saatlarında Korolev küçəsində baş verib.

Oğlanın ehtiyatsızlıqdan ölümə səbəb olması faktı ilə bağlı cinayət işi açılıb. Onunla birlikdə mənzildə uşağın anası və nənəsinin də olduğu bildirilir.

İlkin məlumata görə, uşaq su içmək üçün mətbəxə gedib. Bu zaman otaqdakı pəncərə havalandırma üçün açıq imiş. Uşaq pəncərənin qarşısında oturub və sonra yıxılıb. Azyaşlı həkimlər gələnə qədər aldığı xəsarətlərdən dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar