Ermənistandan NÖVBƏTİ DEZİNFORMASİYA  - FHN təkzib etdi
26 sentyabr 2021 08:34 (UTC +04:00)

Ermənistandan NÖVBƏTİ DEZİNFORMASİYA - FHN təkzib etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Heydər Əliyev Sarayının yaxınlığında yanğının baş verməsi barədə yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirib.

FHN-dən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev Sarayının yaxınlığındakı binada qısamüddətli tüstülənmə olub və bunun qarşısı qısa müddətdə alınıb. Yanğın hadisəsi baş verməyib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın bir sıra mətbu orqanları Heydər Əliyev Sarayında yanğının baş verməsi barədə həqiqətə uyğun olmayan xəbər yayıb.

# 3042
avatar

Oxşar yazılar