Elnur Əşrəfoğlu
28 sentyabr 2021 11:09 (UTC +04:00)

Elnur Əşrəfoğlu

Elnur Əşrəfoğlunun anası Mehriban Əliyevaya müraciət etdi

Koronavirusa yoluxmuş jurnalist Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Lent.az-ın məlumatına görə, jurnalistin anası Zöhrə Hüseynova müraciətində bildirib ki, oğlu, Azərbaycanın tanınmış jurnalisti və teleşərhçisi, 25 ilə yaxın televiziyada çalışmış, Azərbaycan Olimpiya Hərəkatının, idman ailəsinin uğurlarını daim təbliğ etmiş Şükürov Elnur Əşrəf oğlu hazırda ağır xəstədir.

“2021-ci il sentyabrın 2-də koronavirus infeksiyasına yoluxan oğlumun vəziyyəti ağırlaşdığından ayın 9-da müalicə üçün "Yeni Klinika"ya yerləşdirilib. Lakin həkimlərin bütün diqqət və qayğısına, Elnuru həyata qaytarmaq üçün etdikləri cəhdlərə baxmayaraq, övladımın vəziyyətində irəliləyiş olmayıb, əksinə, sentyabrın 19-da koma vəziyyətinə düşüb. Hazırda övladıma həyatda qalması üçün EKMO aparatı vasitəsilə dəstək verilir. Elnurun bir böyrəyi 10 il əvvəl ağır xəstəlik səbəbindən götürüldüyündən hazırki durumda oğlumun səhhəti üçün əlavə problem yaradıb”, - deyə Z. Hüseynova qeyd edib.

O, ana olaraq, son ümid işığı kimi Mehriban Əliyevaya müraciət etdiyini vurğulayıb: “Xahiş edirəm, övladımın müalicəsini öz diqqət və nəzarətinizə götürəsiniz. Bizim ailə üçün, Elnurun 2 azyaşlı övladı üçün son dərəcə kritik bu məqamda ümidimiz göydə Allaha, yerdə Sizin şəfqət və mərhəmətinizədir”.

# 2436
avatar

Oxşar yazılar