Əlilliyin müəyyən olunması  QAYDALARI DƏYİŞDİRİLİR
29 aprel 2021 18:38 (UTC +04:00)

Əlilliyin müəyyən olunması QAYDALARI DƏYİŞDİRİLİR

"“Əlilliyin müəyyən olunması” meyarlarının yeni layihəsində bir sıra yeniliklər nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, belə ki, əlillik artıq üç dərəcə ilə və ya sağlamlıq imkanları məhdud kimi dar çərçivədə deyil, daha geniş spektrdə, faiz diapazonunda dəyərləndiriləcək.

Nazir qüvvədə olan normativ hüquqi aktların bu layihəyə uyğunlaşdırılması məqsədilə ediləcək təklifləri də diqqətə çatdırıb. S. Babayev yeni meyarlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsi layihəsindən bəhs edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3060
avatar

Oxşar yazılar