Əlilliyə görə pensiya veriləndə iş stajı necə hesablanır? – CAVAB
20 fevral 2025 11:06 (UTC +04:00)

Əlilliyə görə pensiya veriləndə iş stajı necə hesablanır? – CAVAB

Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu (əvvəlki mövzu) əlilliyə görə əmək pensiyası təyin edilərkən iş stajının hesablanma qaydası ilə bağlıdır.

Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.

Əlilliyə görə əmək pensiyası təyin edilərkən tələb olunan sığorta stajının hesablanması qaydası  aşağıdakı misal ilə təqdim olunur:

Misal: 40 yaşlı sığortaolunan şəxsin 15 iyul 2023-cü il tarixində orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə əlilliyi müəyyən olunub və onun 16 il sığorta stajı var. Əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 40 yaşlı sığortaolunanın tələb olunan 8 il 4 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (40 yaş - 15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 25 il) x 4 ay = 100 ay / 12 = 8 il 4 ay) sığorta stajı olduğu üçün onun əlilliyə görə əmək pensiyası hüququ yaranır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5342

Oxşar yazılar