Əlilliyə görə  əmək pensiyası   necə təyin edilir? - CAVAB
20 dekabr 2023 18:55 (UTC +04:00)

Əlilliyə görə əmək pensiyası necə təyin edilir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzusu əlilliyin alınması ilə bağlıdır.

Əlilliyə görə əmək pensiyası necə təyin edilir?

Lent.az xəbər verir ki, əlilliyə görə əmək pensiyaları qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə verilir:

Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25839
avatar

Fidan İlqar

Oxşar yazılar