Əks göstəriş sertifikatı verilənlərin  SAYI AÇIQLANDI
14 sentyabr 2021 16:01 (UTC +04:00)

Əks göstəriş sertifikatı verilənlərin SAYI AÇIQLANDI


"COVID-19 peyvəndi vurdurmağa qarşı əks göstərişlər idarəolunmayan epilepsiya, kəskin koronar sindrom, allergik və onkoloji xəstəliklərə görə, hamiləliyə, südverməyə görə, qan-damar sisteminin ağır xəstəlikləri, xroniki qaraciyər və böyrək xəstəliklərinə görə verilib".

Bu barədə Lent.az-a Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Stasionar xidmətin təşkili sektorunun müdiri Aytən Sultanova deyib.

O bildirib ki, bu günə qədər ümumilikdə 1000-ə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar.

# 1749
avatar

Oxşar yazılar