ƏDV-nin  geri qaytarılmasında   yaranan bu xəta hansı hallarda olur? - CAVAB
13 mart 2024 13:07 (UTC +04:00)

ƏDV-nin geri qaytarılmasında yaranan bu xəta hansı hallarda olur? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu əlavə dəyər vergisi (ƏDV) ilə bağlıdır.

Maraqlıdır, görəsən, "çek tapılmadı" xətası hansı hallarda əks olunur?

Lent.az xəbər verir ki, çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur.

Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu ola bilər.

# 4149
avatar

Arzu Qurbanlı

Oxşar yazılar