DİM sədrindən valideynlərə çağırış:  “Çox səhv yanaşmadır”
16 aprel 2022 13:50 (UTC +04:00)

DİM sədrindən valideynlərə çağırış: “Çox səhv yanaşmadır”

“İki il bundan əvvəl şagirdin 9-cu sinifdə hansı nəticələri varsa, 2 ildən sonra 11-ci sinifdə də həmin şagird maksimum 40% üstün nəticə göstərə bilər”.

Lent.az  APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib.

Sədr bildirib ki, amma orta hesabla, şagird öz biliklərini 9-cu sinifdən 20% artıra bilər: “9-cu sinfə qədər şagirdlər riyaziyyat fənnini oxumayıbsa, 11-ci sinifdə onların nəticələri yaxşı olmayacaq. Bu ay bizdə bütün 9-cu siniflər imtahan verəcək. Biz bu imtahanların nəticələrini təhlil edəndə biləcəyik ki, iki il sonra bizim 11-cilərimiz hansı nəticəni göstərəcəklər. Kurslar və bəzi müəllimlər valideynlərə vəd verir ki, biz proqramın 70%-ni uşaqların mənimsəməsinə şərait yaradacağıq. Bu çox səhv yanaşmadır. Çünki uşaq 9-cu sinifdə proqramı 20-30% mənimsəyibsə, 11-ci sinifdə bunun 70% olması vədi inandırıcı deyil”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4740
avatar

Oxşar yazılar