Planetlərin böyük paradı  bu tarixdə baş tutacaq
16 aprel 2026 08:09 (UTC +04:00)

Planetlərin böyük paradı bu tarixdə baş tutacaq

0

Günəş sisteminə daxil olan beş planetin eyni vaxtda müşahidə olunacağı böyük parad 2040-cı il sentyabrın 8-də baş verəcək.

Lent.az xəbər verir ki, bunu Moskva Planetariumunun metodik təminat şöbəsinin rəhbəri, astronom Lyudmila Koşman TASS agentliyinə bildirib.

2026-cı ilin aprel ayının sonu–may ayının əvvəlində isə dörd planetdən ibarət kiçik parad gözlənilir. Lakin bu hadisə görünməyənlər sırasına aid edilir, çünki bütün “iştirakçılar” Günəş şüalarında gizlənəcək.

“Planetlərin növbəti böyük paradı 2040-cı il sentyabrın 8-də baş verəcək. Bu gün qürubda dar sektorda (təxminən 20 dərəcə) beş planet – Merkuri, Venera, Mars, Yupiter və Saturn düzüləcək”, – deyə astronom bildirib.

Koşman əlavə edib ki, eyni vaxtda Venera ilə Saturn arasında böyüyən Aypara da müşahidə olunacaq.

Astronom xatırladıb ki, “planetlər paradı” termini elmi deyil və yalnız astronomiyanın populyarlaşdırılması məqsədilə istifadə olunur. Bu hadisə Yer kürəsindən adi gözlə bir-birinə kifayət qədər yaxın – təxminən 20–30 dərəcə daxilində yerləşən bir neçə planetin müşahidəsi kimi izah edilir.

Böyük (beş və daha çox planet) və kiçik (dörd planet olduqda) paradlar biri-birindən fərqlənir. Belə ki, kiçik paradlar təxminən hər 20 ildən bir baş verir, böyük paradlar isə daha nadir hallarda müşahidə olunur. (Azərtac)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar