ÇL: "Bavariya" və "Arsenal" yarımfinalda
16 aprel 2026 01:03 (UTC +04:00)

ÇL: "Bavariya" və "Arsenal" yarımfinalda

0

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. 

Apasport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub. 

İspaniyada rəqibinə 1:2 hesabı ilə məğlub olan “Real Madrid” bu dəfə Almaniyada “Bavariya”nın qonağı olub. Dramatik keçən görüşdə alman təmsilçisi qələbə qazanıb: 4:3.

Ümumi hesabda rəqibini 6:4 üstələyən "Bavariya" adını yarımfinala yazdırmağı bacarıb. 

İlk oyunda Portuqaliyada “Sportinq”ə qalib gələn “Arsenal” isə rəqibini Londonda qəbul edib. Görüşdə hesab açılmayıb: 0:0.

İki oyunun nəticəsinə görə 1:0 hesablı qələbə qazanan "topçular" yarımfinala yüksəlib.

Qeyd edək ki, daha əvvəl “Atletiko” və PSJ yarımfinal mərhələsinə vəsiqə qazanan komandalar olub. 

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları

23:00. "Arsenal" – "Sportinq" 0:0
İlk oyun 1:0

23:00. "Bavariya" – "Real Madrid" 4:3

Qol: A. Güler 1, 29, Pavloviç, 6, Keyn, 38, Mbappe, 42, L. Diaz, 89, Olise, 94

​​​​​Qırmızı kart: Kamavinqa, 86
İlk oyun 2:1

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 225

Oxşar yazılar