Türkiyədə daha bir məktəbə silahlı HÜCUM:  9 nəfər öldü,  çox sayda yaralı var -YENİLƏNİB
15 aprel 2026 18:50 (UTC +04:00)

Türkiyədə daha bir məktəbə silahlı HÜCUM: 9 nəfər öldü, çox sayda yaralı var -YENİLƏNİB

0

Türkiyədə məktəbə silahlı hücum zamanı ölənlərin sayı artıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb.

Daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, 9 ölüm hadisəsi qeydə alınıb: "Onlardan səkkizi şagird, biri isə müəllim olub. Bundan əlavə, 13 yaralı var. Yaralılardan altısı reanimasiyadadır, üçünün isə vəziyyəti ağırdır".

***

15:53

Türkiyədə məktəbə hücum zamanı 4 nəfər ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, silahlı hücum nəticəsində 1-i müəllim olmaqla 4 nəfər ölüb. 20 nəfər isə yaralanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***
15:08

Türkiyədə daha bir məktəbə silahlı hücum olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kahramanmaraş şəhərinin Onikişubat qəsəbəsindəki Ayşel Çalık orta məktəbində baş verib.

Məlumata görə, insident zamanı çoxlu sayda ölən və yaralananlar var. Əraziyə xeyli polis əməkdaşı cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1263

Oxşar yazılar