Telefonunuzda batareyanın daha tez tükənməsinin  SƏBƏBİ
15 aprel 2026 13:58 (UTC +04:00)

Telefonunuzda batareyanın daha tez tükənməsinin SƏBƏBİ

0

Smartfonlarda batareyanın daha tez bitməsinə səbəb olan funksiyanı açıqlanıb. Mütəxəssislərin sözlərinə görə, Always-On Display (AOD) yəni ekranın daim açıq qalması gündəlik istifadə zamanı enerji sərfiyyatını əhəmiyyətli dərəcədə artırır.

Lent.az xəbər verir ki, bu funksiya kilidli ekranda belə saatı, bildirişləri və bəzi interfeys elementlərini göstərir. Rahat olsa da, batareya üçün ən “gizli düşmənlərdən biri” hesab olunur. Araşdırmalara görə, AOD aktiv olduqda smartfonun enerji sərfiyyatı gündəlik təxminən 10–15 faiz daha çox ola bilər.

Niyə AOD batareyanı tez boşaldır?

İdeyaya görə, bu funksiya enerjiyə qənaət etməlidir, çünki ekran tam yox, yalnız müəyyən hissələrdə işləyir. Xüsusilə AMOLED ekranlarda yalnız lazım olan piksellər işıqlandırılır.

Amma praktikada belə deyil:

Ekran daim aktiv qalır

Sistem davamlı olaraq məlumatları yeniləyir

Fon prosesləri işləməyə davam edir

Nəticədə enerji sərfiyyatı hiss olunacaq dərəcədə artır. Müasir texnologiyalar kömək edir, amma tam yox. Bəzi yeni smartfonlarda LTPO ekran texnologiyası var və bu texnologiya yenilənmə tezliyini 1 Hz-ə qədər azalda bilir. Bu isə enerji sərfiyyatını azaltsa da, onu tam aradan qaldırmır.

Digər risk: ekranın “yanması”

AOD funksiyası uzun müddət eyni elementlərin (saat, ikonlar) ekranda qalmasına səbəb olur. Bu isə:

pikselin qeyri-bərabər köhnəlməsi

ekran yanması (burn-in)

kimi problemlərə yol aça bilər.

Əslində bu funksiya çox da lazım deyil

Ekspert qeyd edir ki, AOD əksər hallarda artıq funksiyadır:

Saatı ekrana toxunaraq və ya telefonu qaldıraraq görmək olar

Bildirişlər ekran açıldıqda görünür

Ağıllı saat istifadə edənlər üçün isə bu məlumatlar artıq əlçatan olur

Necə söndürmək olar?

"iPhone"da:

Ayarlar - “Ekran və parlaqlıq” - “Həmişə aktiv” funksiyasını söndürün

"Android"də:

Ayarlar - “Kilid ekranı” - “Always-On Display” - deaktiv edin

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar