Saat 23:00-dan əvvəl yatmaq bu xəstəliklərdən  qoruyur
15 aprel 2026 12:54 (UTC +04:00)

Saat 23:00-dan əvvəl yatmaq bu xəstəliklərdən qoruyur

0

Düzgün yuxu rejimi bir sıra xəstəliklərin qarşısını almaqda effektiv profilaktika ola bilər. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, gec yatmağa öyrəşmiş insanlarda orqanizmdə mənfi dəyişikliklər daha çox müşahidə olunur. Yuxu çatışmazlığı ürək xəstəlikləri və piylənmə kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, saat 23:00-dan əvvəl yuxuya getmək çox vacibdir. Çünki bu vaxt beyinin bərpasının baş verdiyi dərin yuxu fazası başlayır və bu, orqanizmin bütün sistemlərinə müsbət təsir göstərir.

Vaxtında yatmaq aşağıdakı müsbət təsirlərlə müşayiət olunur:

Erkən yatmaq beynin daha effektiv işləməsinə kömək edir və yaddaşı gücləndirir. Yuxu çatışmazlığı toxluq hissinə cavabdeh hormonlara təsir edir və bu da həddindən artıq qidalanmaya, nəticədə isə piylənməyə səbəb ola bilər. Normal yuxu növbəti gün ərzində enerjini və aktivliyi artırır.

Erkən yatmaq depressiya riskinin azalması ilə əlaqələndirilir, çünki orqanizm daha effektiv şəkildə dincəlir. Vaxtında və müntəzəm yuxu immun sistemini möhkəmləndirir və xəstəlik riskini azaldır. Yuxu dərinin hüceyrələrinin yenilənməsinə kömək edir və dəri sağlamlığını qoruyur. Beləliklə, düzgün yuxu rejimi ümumi fiziki və emosional sağlamlıq üçün mühüm rol oynayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar