Bakının bu ərazilərində işıq olmayacaq
16 aprel 2026 09:25 (UTC +04:00)

Bakının bu ərazilərində işıq olmayacaq

0

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

"Azərişıq"dan Lent.az-a verilən məlumata görə, aprelin 16-da Maştağa ETSİ-nin ərazisində 35/6 kV-luq 492 saylı yarımstansiyada yeni 16 MVA gücündə transformator dövrəyə qoşulacaq.

Məlumata görə, yenidənqurma işi ilə əlaqədar saat 12:00-dan 16:00-dək Maştağa, Ramana qəsəbələrinin və Savalan daş karxanası yaşayış ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar