Qərargah: Bəzi vətəndaşlar yenə arxa küçələrdə toplanır, maskadan istifadə etmirlər
25 iyun 2020 17:11 (UTC +04:00)

Qərargah: Bəzi vətəndaşlar yenə arxa küçələrdə toplanır, maskadan istifadə etmirlər

“Bəzi vətəndaşlar yenə arxa küçələrdə toplanır, maskadan istfifadə etmirlər". 

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

 

 Y. Qarayeva deyib ki, bu gün hətta elə ailələr var ki, yaşlılarda test neqativ nəticə verir, amma uşaqlarda testlər müsbət çıxır, uşaqlar ötürücü olurlar: “Bu gün parklar açıqdır. Parklarda da qaydalara riayət etməliyik. Əks halda gözlənilən nəticə əldə olunmayacaq. Qaydaları pozmağa çalışaraq yenə həyətlərdə, parklarda toplanırıqsa, yoluxmaların sayının azalmamasını görə bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2485
avatar

Oxşar yazılar