Lent.az-ın görünməyən üzü: "Hər paylaşım trendə düşür"
25 iyun 2020 14:01 (UTC +04:00)

Lent.az-ın görünməyən üzü: "Hər paylaşım trendə düşür"

Bu gün Lent.az-ın yaranmasından 12 il keçir. 2008-ci ilin bu günü redaksiyamız özünün dəqiq və qərəzsiz, daim oxucuların rəğbətlə gözlədiyi yazıları ilə onlara xidmət etməyə başladı. Operativ və dəqiq xəbərlər, araşdırmalarla zəngin olan, Azərbaycan mediasında özünməxsus yer tutan Lent.az bu illər ərzində sosial şəbəkədə də izləyicilərin böyük marağına səbəb olub.

Saytın sosial şəbəkədə fəaliyyət göstərən səhifələrində admin heyətinin və SMM qrupun rəhbəri, Turan Şakir izləyicilərin Lent.az-a olan böyük marağından söz açıb və uğurlar arzu edib:


 
Lent.az özünəməxsus saytdır. Mən bunu qətiyyən ayrıseçkilik üçün demirəm. Oxucularımız da o cür anlamasın. Amma bu unikal saytın oxucuları arasında bütün peşə sahibləri, elm adamları, bağban, sürücü, evdar xanım, tələbə - hər kateqoriyadan olan insanlar var. Gün ərzində verdiyi materiallarla hər kateqoriyanı özünə cəlb edir. Sosial şəbəkə izləyicilərimiz arasında yazılarımıza görə səmimi qəlbdən təşəkkür edənlər üstünlük təşkil edir.

Müşahidələrimə əsaslanaraq deyə bilərəm, ən çox izləyici təbii ki, şou, maqazin xəbərlərinə olsa da, əmin edim ki, silsilə şəkildə olan müəllif yazılarımız, reportajlarımızın doğurduğu ajiotajlar hələ də sosial medianın dilindədir. Lent.az-ın izləyicisi də saytın özünə oxşayır. O mənada ki, izləyicilərimiz həddindən artıq vətənpərvərdirlər. Ən çox reaksiya şəhid yazıları, işğal olunmuş torpaqlarımız, vətən həsrətli mövzularımıza olur. Bundan əlavə, Lent.az oxucusu çox mərhəmətlidir. İmkan düşdükcə sağlamlığı ilə bağlı problemləri olan insanları da işıqlandırırıq. Onlara da dərhal reaksiya gəlir, kömək edən tapılır.

Sonda izləyicilərimizə bizi izlədikləri üçün təşəkkür edir, müəlliflərimizə və rəhbərliyimizə isə bol-bol uğur arzu edirəm. Həyat və xəbər LENT-imiz bol şanslı, uğurlu olsun”.

Bu gün həmçinin Lent.az-ın 12-ci illiyindən əlavə, onun “Instagram” səhifəsinin də izləyici sayı 100 min oldu. Səhifənin admini Səmayə Bayramova bu uğur münasibətilə öz fikirlərini bildirib:

“İnstagram səhifəmizdə insanlar əsasən, gündəmə reaksiya göstərirlər. Bundan əlavə, Səbuhi Məmmədlinin, Ramilə Qurbanlının araşdırmalarına, Samirə Əşrəfin şəhidlər haqqında olan yazılarına çox böyük maraq var. Maraqlı şou xəbərlər də hər zaman çox baxılanlar sırasındadır. Məhz böyük marağa səbəb olduğu üçün Lent.az-ın səhifəsi 100 min izləyici toplaya bilib. Vətənpərvərlik və milli dəyərlərdən bəhs edən yazılar paylaşanda çox gözəl rəylər alırıq”.

SMM qrupun üzvlərindən olan Qəmər Əliyeva saytda həqiqəti əks etdirən yazıların olması və xəbər başlıqlarının peşəkarlıqla qoyulmasının oxucuların böyük marağına səbəb olduğunu bildirib:

“Əlbəttə, Lent.az izləyicilərin marağını qazanıb. Saytın xəbərləri daha maraqlı və oxunan olur. Bir SMM kimi həmişə həqiqəti yazmağı və xəbər başlıqlarındakı rahatlıq çox xoşuma gəlir. Sizin sosial və maraqlı araşdırmalarınız ən çox diqqətimi çəkən yazılardır. Bir də danılmaz fakt şou xəbərlərin çox maraqlı olmasıdır. İstər xəbərləri, istərsə də araşdırmalarına görə Lent.az-ı çox sevirəm”.

Bunlardan əlavə, onu da bildirək ki, saytımızın abunələrinin sayı daim artan "YouTub"e kanalı da izləyicilərin maraq dairəsini özünə cəlb edə bilib. Kanalın admini Vurğun Əliyev paylaşılan videoların əksəriyyətinin trendə düşdüyünü qeyd edib:

“Əvvəllər Lent.az-ın 28.500 abunəsi və 10 milyon baxışı var idi. Hazırda abunəmiz 60 min və baxış sayımız isə 16 milyondan çoxdur. Qalmaqallı müsahibələr həmişə izlənib və həmişə də trenddə olmuşuq. Müğənnilərin müsahibə zamanı maraqlı etirafları böyük marağa səbəb olur. Bu da videomuzun daha çox paylaşılmasına, nəticədə trendə düşməyimizə gətirib çıxarır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7027
avatar

Mehman Nəbiyev

Oxşar yazılar