Buzlu yolda maşın sürmək üçün DYP rəsmisindən 6 TÖVSİYƏ
08 fevral 2025 13:04 (UTC +04:00)

Buzlu yolda maşın sürmək üçün DYP rəsmisindən 6 TÖVSİYƏ

Havanın şaxtalı olması səbəbindən şəhərdaxili və magistral yollarda gizli buzlanma ehtimalı var.

Lent.az xəbər verir ki, buzlu yollarda avtomobil idarə etmək xüsusi diqqət və təcrübə tələb edir. 

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev buzlu şəraitdə təhlükəsiz sürüş üçün aşağıdakı tövsiyələri özünün sosial şəbəkə hesabında paylaşıb:

1. Yavaş sürün. (Buzlu yollarda sürətinizi azaldın. Yüksək sürət avtomobilin idarəolunmasını çətinləşdirir və tormoz məsafəsini uzadır)
2. Tormozlamanı diqqətlə edin. (Buz üzərində birdən tormozlamaq təkərlərin kilidlənməsinə və avtomobilin sürüşməsinə səbəb ola bilər)
3. Avtomobilinizi mövsümə uyğun hazırlayın. (Qış mövsümündə avtomobilinizin təkərlərinin qış üçün uyğun olmasına diqqət yetirin. Eyni zamanda, şüşə suyu, antifriz və digər mayelərin səviyyəsini yoxlayın)
4. Məsafəni saxlayın: (Buzlu yollarda avtomobillər arasında təhlükəsiz məsafəni artırın. Bu, qəfil tormozlamaq lazım olduqda reaksiya vaxtı verir)
5. Sürüş istiqamətini diqqətlə seçin. (Buzlu yollarda dönüşlər zamanı yavaşlayın və avtomobilinizin balansını qoruyun. Birdən istiqamət dəyişdirməyin)
6. ABS sistemindən düzgün istifadə edin: (Əgər avtomobilinizdə ABS (Anti-lock Braking System) sistemi varsa, tormozlama zamanı pedalı sıxın və sistemin işləməsinə icazə verin)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681

Oxşar yazılar