Bu yerlərə qar yağdı - FAKTİKİ HAVA
05 oktyabr 2021 17:23 (UTC +04:00)

Bu yerlərə qar yağdı - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 5-i saat 17:00-a olan məlumata əsasən, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Yardımlı, Lerik, Kişçay (Şəki), Sarıbaş (Qax), Şabranda yağış yağıb.

Qrız, Şahdağ, Xınalıqda qar yağıb.

Şimal-şərq küləyi Neftçalada 20 m/s, Naftalan, Şamaxıda 18 m/s, Hacıqabulda 16 m/s-ə çatıb.

Bakıda və Abşeron yarımadasında: Bakı, Qum adasında 17 m/s, Sumqayıt, Neft Daşlarında 16 m/s-dək güclənmiş. Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 2.7 m olub.

# 18396
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar