Kürdəmir şəhərində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Bu barədə Lent.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiətlə əlaqədar şöbəsindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Külüllü-Kürdəmir magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Kürdəmir şəhərinə, eləcə də kəmərin marşrutu boyu yerləşən kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.