Bu maşınlar havanı daha az çirkləndirir - RƏSMİ
05 yanvar 2021 15:46 (UTC +04:00)

Bu maşınlar havanı daha az çirkləndirir - RƏSMİ

"Havanı daha çox çirkləndirən mənbələrdən biri hazırda avtonəqliyyat vasitələridir. Avtonəqliyyat ətraf mühitə olduqca mənfi təsir göstərir".

Lent.az məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib. O qeyd edib ki, iqtisadiyyat inkişaf etdikcə, şəhərlər böyüdükcə, nəqliyyat vasitələrinin çoxalması problemi kəskin hal alır:

"Avtonəqliyyat vasitələrinin çoxalması nəticəsində küçələrdə yaranan tıxaclar atmosfer havasında dayanıqlı çirklənməyə səbəb olur. Ölkənin atmosfer havasına avtonəqliyyatdan atılan çirkləndiricilərin miqdarı 1993-cü illə müqayisədə iki dəfəyədək artıb. Aparılmış hesablamalar nəticəsində məlum olub ki, eyni miqdarda benzin və dizelin yandırılması zamanı, dizel yanacağında atmosferə atılan çirkləndiricilərin miqdarı dəfələrlə çoxdur”.

V.Əliyevin sözlərinə görə, avtonəqliyyatdan istifadə zamanı 1 ton  benzin yandıqda havaya azot-4 oksid 20 kq, kükürd qazı 1.6 kq, karbohidrogenlər 34 kq, bərk hissəciklər (his, qurum) 2 kq, aldehidlər (üzvü turşular) 1.4 kq atılırsa,1 ton dizel yandıqda  isə havaya azot-4 oksid 33 kq, kükürd qazı 6 kq, karbohidrogenlər 20 kq, bərk hissəciklər 16 kq, aldehidlər 6 kq atılır.           

Xidmət rəsmisi onu da qeyd edib ki, Bakı şəhərində fəaliyyət göstərən “Baku Bus” şirkətinin istifadə etdiyi sərnişindaşıma vasitələrində sıxılmış qazdan istifadə edilməsi təqdirəlayiqdir. Çünki bu yanacağın yandırılması zamanı atmosfer havası digər yanacaq növləri ilə müqayisədə daha az çirklənir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1824
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar