Bu il Azərbaycandan Səudiyyə Ərəbistanının Məkkə şəhərinə Həcc ziyarəti təşkil olunacaq.
Bu barədə Lent.az-a Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Həcc ziyarətinin olacağı dəqiqləşsə də, qiymət və gedəcək insanların sayı hələ dəqiqləşdirilməyib.
Xatırladaq ki, son 2 ildir pandemiya səbəbindən Həcc ziyarətləri təşkil olunmurdu.