Bu halda müəllimlər təhsil müəssisələrinə BURAXILMAYACAQ
14 sentyabr 2021 12:50 (UTC +04:00)

Bu halda müəllimlər təhsil müəssisələrinə BURAXILMAYACAQ

"Vaksin olunmadığı üçün təhsil müəssisələrinə buraxılmayacaq təhsil işçilərinin əmək haqqı məsələsi ilə bağlı hələ ki, məlumat yoxdur".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, peyvənd olunmayan, əks-göstəriş, eyni zamanda immun sertifikatı olmayan müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar.

Əks-göstəriş sertifikatı təqdim edən müəllimlərin sayına gəldikdə isə, nazir müşaviri deyib ki, bu məlumatlar gündəlik dəyişir: "Ona görə də hansısa rəqəmləri açıqlamaq istəmirəm, çünki dəqiq olmaz".

# 3834
avatar

Oxşar yazılar