Bu apteklərdə nöqsanlar aşkarlandı -  SİYAHI
29 dekabr 2022 15:25 (UTC +04:00)

Bu apteklərdə nöqsanlar aşkarlandı - SİYAHI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının dekabrın 28-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 21 ticarət müəssisəsi və 5 ictimai iaşə müəssisəsində keçirdiyi  monitorinqlər zamanı ümumilikdə 10 müəssisədə nöqsanlar müəyyən olunub. 

AQTA-dan Lent.az-a verilən məlumata görə, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 7, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 2 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3828
avatar

Arzu Qurbanlı

Oxşar yazılar