“Böyük Fırat” və daha 12 müəssisə CƏRİMƏLƏNDİ  - SİYAHI
25 sentyabr 2021 17:55 (UTC +04:00)

“Böyük Fırat” və daha 12 müəssisə CƏRİMƏLƏNDİ - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 24-də ölkə üzrə 401 ictimai iaşə obyektində 682 monitorinq keçirilib.

Qurumdan Lent.az-a verilən məlumata görə, monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, Telnov 19 ünvanında yerləşən, fiziki şəxs Hətəmli Çingiz Elçin oğluna məxsus restoran;

2. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən, fiziki şəxs Quliyev Əyanət Adil oğluna məxsus yeməkxana;

3. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən, fiziki şəxs Emin Kekliyə məxsus “Böyük Fırat” restoranı;

4. Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 98 ünvanında yerləşən, fiziki şəxs Məcidov Tahir Əliyar oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 49k ünvanında yerləşən, fiziki şəxs Mahmudzadə Fərid Bəxtiyar oğluna məxsus çay evi;

6. Bakı şəhəri, Xətai rayonu, Nobel pr. 15, məh. 1212 ünvanında yerləşən, fiziki şəxs Həsənov Mircəlal Böyükbəy oğluna məxsus “Lavaş Ocaqüstü” restoranı;

7. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 31 66 ünvanında yerləşən, fiziki şəxs Yaylakcıoğlu İlahə Mirnağı qızına məxsus kafe;

8. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 31 66 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Vüsal Zahir oğluna məxsus kafe;

9. Bakı şəhəri, Xəzər rayonu, Buzovna Q R.İmanov küçəsinda yerləşən, fiziki şəxs Əliyev Eyvaz Həsən oğluna məxsus kafe;

10. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunda yerləşən, fiziki şəxs İbrahimov Firdovsi Nəbi oğluna məxsus anbar;

11. Sumqayıt şəhəri , 20-ci məhəllə, ev 20/29 ünvanında yerləşən, fiziki şəxs Planov Roman Nəriman oğluna məxsus “Yakudza” kafesi;

12. Qazax rayonu, Ə.Qədirov ünvanında yerləşən, fiziki şəxs Quluyev İlqar Aydın oğluna məxsus “Laquna” çay evi;

13. Gəncə şəhəri, Radiostansiya ərazisində yerləşən, fiziki şəxs Xələfova Gülnarə İlham qızınə məxsus “Maralgöl” yeməkxanası.

# 906
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar