Baş Prokurorluqda 8 Mart tədbiri keçirilib
07 mart 2024 15:35 (UTC +04:00)

Baş Prokurorluqda 8 Mart tədbiri keçirilib

Martın 7-də Baş Prokurorluqda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, tədbirdə çıxış edən baş prokuror Kamran Əliyev qadın prokurorluq işçilərini, dövlət qulluqçularını və veteran xanımları bayram münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Baş prokuror, 8 Mart Beynəlxalq Qadınlar Gününün uzun illərdən sonra ilk dəfə bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə qeyd edildiyini, bunun böyük bir tarixi hadisə olduğunu bildirib.

Qadınların ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində də yüksək sədaqət və peşəkarlıq göstərdikləri, onların peşəkar hüquqşünas və qanun keşikçiləri olmaqla yanaşı, hüquq sistemində pozitiv dəyişikliklərin baş verməsində mühüm rol oynadıqları bildirilib.

Hazırda prokurorluq işçisi olan qadınlardan 105 nəfərin müsabiqə yolu ilə işə qəbul edildiyi vurğulanaraq diqqətə çatdırılıb ki, onlardan 10 nəfər rəhbər vəzifədə, o cümlədən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1-i şöbə rəisi, 4-ü rayon prokuroru və 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir.

Prokurorluq orqanlarında uzun müddət fəaliyyət göstərmiş Əntiqə Qonaqova və Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Elfanə Bayramova çıxış edərək, göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, dövlətimizin başçısı lham Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görüldüyünü, həyata keçirilən gender bərabərliyi siyasətinin prokurorluq orqanlarında uğurla davam etdirilməsinin yüksək qiymətləndirildiyini vurğulayıb. 

Daha sonra xidməti fəaliyyətdə fərqlənən qadın prokurorluq əməkdaşlarına və veteran xanımlara mükafatlar təqdim olunub.

Tədbir zamanı prokurorluqda çalışan xanım əməkdaşların fəaliyyətinə həsr olunan “Zərif Güc” adlı qısa film nümayiş olunub.

# 2964
avatar

Oxşar yazılar