Bakıya aramsız yağış  yağacaq - Sabahın HAVASI
08 mart 2024 12:15 (UTC +04:00)

Bakıya aramsız yağış yağacaq - Sabahın HAVASI

Martın 9-a olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə çiskinli, gündüzdən isə arabir yağıntılı olacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.

# 11172
avatar

Oxşar yazılar