Bakının saxta “Qara Cüməsi”  – "Black Friday"dən REPORTAJ
25 noyabr 2022 18:05 (UTC +04:00)

Bakının saxta “Qara Cüməsi” – "Black Friday"dən REPORTAJ

25 noyabr...

Bu gün alış-veriş sevənlərin həyəcanla gözlədiyi həmin gündür: bütün dünyada tanınan “Black Friday”...

Hər il noyabrın son cümə günündə dünyanın bütün ölkələrində, eləcə də Azərbaycanda fəaliyyət göstərən mağazalar öz məhsullarının qiymətini 50-70 % endirərək, alıcılara təqdim edir.

Adı qulaqda çox da yaxşı təəssürat yaratmasa da, necə deyərlər, alıcılar bu gündən karlı çıxır. Buna baxmayaraq, son illər bəzi mağaza sahibləri “Black Friday” gününü “möhtəşəm, sərfəli cümə” kimi də adlandırır.

Lent.az-ın əməkdaşı son illər ölkəmizdə də böyük vüsət alan və alıcıların həvəslə gözlədiyi “Qara cümə”də vəziyyəti nə yerdə olduğunu öyrənmək üçün paytaxtda yerləşən ticarət mərkəzlərinə üz tutub.

Öncə onu deyim ki, qarşılaşdığımız vəziyyət heç də ürək açan olmadı. Buna səbəb mağazalar endirimli malları digərlərindən ayırmışdı. Müştərilər əsasən qış geyimlərini münasib qiymətə almaq üçün bu günə saxlasalar da, çox təəssüf ki, həmin geyimlərin əksəriyyəti endirimdə deyildi. 

Mağazaları gəzdikcə müştərilərin səsləndirdiyi fikir bu günlə bağlı yaranan mənfi düşüncəni bir daha təsdiqləyir. Səslənən fikirlər isə belədir:

“Niyə bütün mallar endirimdə deyil?”, “Mən palto, gödəkcə almaq üçün gəlmişdim, heç onlar endirimə düşməyib” və daha nələr, nələr...

Elə bu ifadələri bir də müştərinin öz dilindən eşitmək istədik. Alıcı İlahə xanım bildirib ki, pandemiyadan sonra “Qara Cümə” deyilən gün qalmayıb:

“Yalandan köhnə 1-2 məhsula endirim edirlər, adı da olur “Black Friday”. Heç düzgün deyil. Mən qış geyimi almaq üçün bu günü gözləyirdim. Amma nəticə əldə edə bilmədim. Kaş, əvvəldən alardım”.

Müştərinin səsləndirdiyi haqlı narazılığı nəzərə alaraq bu günü xarici ölkələrdəki mağazalarla müqayisə etdik. Nəticə isə göz qabağındadır.

Belə ki, xarici ölkələrdəki mağazalarda 50, 60, 70% endirim olduğu halda, bizdə geyim mağazalarında ən yüksək endirim təklifi 40%-dir. Amma onu da qeyd edək ki, geyim mağazalarından fərqli olaraq, elektron avadanlıqlar satılan iri mağazalarda 70%-ə qədər endirim təklif olunur.

Diqqətimizi çəkən digər bir məsələ isə çox maraqlı idi. Bir neçə mağazada apardığımız müşahidələr əsasında məlum oldu ki, mağaza sahibi məhsul qiymətlərində marketinq hiyləsi edib. Belə ki, məhsulun öz qiymətini 20-30 manat qaldıraraq, bu gün üçün endirim yenidən aşağı salır. Nəticədə məhsulun öz qiyməti geri qayıdır və heç bir endirim edilmir.

Bu da belə... Ümid edək ki, gələn il qış geyimləri almaq üçün bu günü gözləyən alıcılar əliboş qalmaz, marketinq hiyləsinə tuş gəlməzlər.

Qeyd edək ki, ölkəmizdə “Qara Cümə” 25, 26 və 27 noyabr tarixlərində də davam edəcək.

# 3918
avatar

Fidan İlqar

Oxşar yazılar

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün, nələr öyrənirlər? - VİDEO

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün, nələr öyrənirlər? - VİDEO

4 fevral 2023 , 17:07
"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

4 fevral 2023 , 16:22
Sabah Bakıda yağış yağacaq, duman olacaq - PROQNOZ

Sabah Bakıda yağış yağacaq, duman olacaq - PROQNOZ

4 fevral 2023 , 12:13
Alıcıların DİQQƏTİNƏ!   Bu halda mağazadan əlavə pul ala bilərsiniz

Alıcıların DİQQƏTİNƏ! Bu halda mağazadan əlavə pul ala bilərsiniz

3 fevral 2023 , 18:51
Buraxılış imtahanından 683 şagird AZAD EDİLİB

Buraxılış imtahanından 683 şagird AZAD EDİLİB

3 fevral 2023 , 17:00
Azərbaycanda uşaqlar arasında DONUZ QRİPİ  yayılır? – HƏKİM AÇIQLADI

Azərbaycanda uşaqlar arasında DONUZ QRİPİ yayılır? – HƏKİM AÇIQLADI

3 fevral 2023 , 16:57
Heydər Əliyev prospektində şəhər istiqamətinə hərəkət dayandırılır

Heydər Əliyev prospektində şəhər istiqamətinə hərəkət dayandırılır

3 fevral 2023 , 16:50
Virusa görə boş qalan sinif otaqları – RƏSMİ AÇIQLAMA

Virusa görə boş qalan sinif otaqları – RƏSMİ AÇIQLAMA

3 fevral 2023 , 16:00