Kamal Kenqerlinskiy
23 oktyabr 2021 14:15 (UTC +04:00)

Kamal Kenqerlinskiy

Bakının mərkəzindəki restoranda koronavirus xəstəsi aşkarlandı

Səbail rayon Polis İdarəsinin əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi şəhərin mərkəzində yerləşən restoranlardan birində aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, restoranda olan digər şəxslərin həyatını təhlükə altına qoyan paytaxt sakini Kamal Kenqerlinskiy COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

K. Kenqerlinskiy barəsində Səbail rayon Polis İdarəsinin İstinaq Şöbəsində araşdırma aparılır.

# 1224
avatar

Oxşar yazılar